[b]AÇ-2016: Belçika millisində ciddi itki[/b]
30.06.2016 - 21:35
[b]AÇ-2016: Belçika millisində ciddi itki[/b]

Avropa çempionatının 1/4 final mərhələsində Uelslə qarşılaşacaq Belçika millisi ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, müdafiəç Yan Vertongen səhər məşqində zədələnib.

 

Öz tvitter səhifəsindən açıqlama verən “Tottenhem”in futbolçusu bildirib ki, nəinki Uelslə oyunu, komanda çempionata davam edəcəyi halda digər matçları da buraxmalı olacaq.

0