[b]Gürcü, gürcülər və Teo Uiks[/b]
01.07.2016 - 00:07
[b]Gürcü, gürcülər və Teo Uiks[/b]

 

“Qəbələ”nin liberiyalı futbolçusu Teo Uiks klubunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “qırmızı-qaralar”ın ilk liberiyalı oyunçusu, həm də avrokuboklardakı ilk het-trikinin müəllifi olub.

 

O, bunu Avropa Liqasının I təsnifat mərhələsinin “Samtredia” ilə Bakıda keçirilən matçında rəsmiləşdirib. Komandasının 5:1 hesablı qələbəsinə 3 qolla töhfə verən afrikalıyadək “Qəbələ”də liberiyalı legioner də, avrokubokda 3 qol vuran da olmamışdı.

 

Azərbaycan futbol tarixində isə 3-cü dəfə avrokuboklarda het-trik qeydə alınıb. Əvvəlki iki belə hadisə də legionerlərin hesabında olub.

 

Badri Kvaratsxeliya “Şəmkir”, Ernest Nfor “Neftçi” azarkeşlərini sevindirib. Maraqlıdı ki, bütün het-triklər gürcüstanlılarla bağlıdı. Bu ölkədən olan milliləşən legionerimiz Badri “Skonto”nu məyus edibsə, digər iki het-triklər Gürcüstan klubları ilə matçlarda qeydə alınıb. İki afrikalıdan birincisi – kamerunlu Nfor “Çixura”, liberiyalı Uiks “Samtredia” ilə görüşdə coşub.

 

2000/01 19 iyul. “Şəmkir” - “Skonto” (Latviya) - 4:1, əlavə vaxtda Badri Kvaratsxeliya (3)

2014/15 7 avqust. Çixura (Gürcüstan) – Neftçi - 2:3 Ernest Nfor (3)

2016/17 30 iyun. Qəbələ - Samtredia (Gürcüstan) – 5:1 Teo Uiks (3)

0