[b]Rikardinyo: Hesabın belə olacağını gözləmirdik - MÜSAHİBƏ[/b]
01.07.2016 - 00:09
[b]Rikardinyo: Hesabın belə olacağını gözləmirdik - MÜSAHİBƏ[/b]

Avropa Liqasının I təsnifat mərhələsində “Samtredia”nı böyük hesabla (5:1) üstələyən “Qəbələ” növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib. Apasport.az saytının məlumatına görə, qarşılaşmadan sonra jurnalistlərə müsahibə verən “qırmızı-qaralar”ın braziliyalı müdafiəçisi Rikardinyo komandasının oyunundan razılığını bildirib.

 

- Oyunla bağlı təəssüratlarınız necədi?

- Müdafiədə etibarlı oynayıb, yaxşı əks-hücumlar qurduq. Düşünürəm ki, çox yaxşı hesaba nail olduq.

 

- Bu oyundan hansı nəticəni gözləyirdiz. Konkret olaraq, hesabın bu cür olacağını düşünürdüzmü?

- (Gülür). Düzünə qalsa, bu hesabı gözləmirdik. Amma 5:1 hesabı ilə qalib gəldik. Lakin biz bunun üçün çalışdıq. Yaxşı oyun göstərmək üçün əlimizdən gələni etdik. Ancaq desəm ki, hesabın bu cür olacağını gözləyirdik, yalan olar. Nəinki mən, heç kim bu hesabı düşünmürdü.

 

- Bir həftə sonra cavab qarşılaşması olacaq. Səfərdən hansı nəticə ilə qayıdacağınıza ümid edirsiz?

- Bakıdakı böyükhesablı qələbəyə baxmayaraq, bizi səfərdə ağır oyun gözləyir. Əslində, bu oyun da asan keçmədi. Biz rəqibin qarşısını kəsmək üçün əlimizdən gələni etdik. “Döyüşdük” və yaxşı nəticəyə nail olduq. Səfərdə də bu cür oynamalıyıq.

0