[b]Yalnız Bakıda, yalnız Uiks[/b]
01.07.2016 - 10:26
[b]Yalnız Bakıda, yalnız Uiks[/b]

“Qəbələ”nin futbolçusu Teo Uiks tarixə düşüb. Apasport.az saytının məlumatına görə, liberiyalı yarımmüdafiəçi 2016/17 mövsümünün ilk het-trikinin müəllifi olub.

 

Belə ki, I təsnifat mərhələsinin 52 qarşılaşmasında yalnız Teo 3 qol vurmağı bacarıb. Çempionlar Liqasının 4, Avropa Liqasının 48 qarşılaşmasında belə məhsuldarlıq göstərən ikinci futbolçu olmayıb.

 

Gürcüstanın “Samtredia” klubunun qapısından 3 qol keçirməklə 5:1 hesablı qələbədə pay sahibi olan Uiks həm də Avropa Liqasının bombardirləri siyahısına başçılıq edir.

 

0