[b]“Kəpəz”in erməni şəriki[/b]
01.07.2016 - 10:37
[b]“Kəpəz”in erməni şəriki[/b]

Avrokubokların I təsnifat mərhələsinin ilk görüşlərindən sonra UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, son 5 mövsümün nəticələrinin əksini tapdığı cədvəldə 453 klub yer alıb.

 

Siyahıya 144,428 xala malik Madrid “Real”ı başçılıq edir. “Bavariya” 134,328 xalla 2-ci, “Barselona” 129,428 xalla 3-cü pillədə qərarlaşıb.

 

Azərbaycanın 7 təmsilçisi də siyahıda yer alıb. Klublarımız arasında ən yaxşı göstərici “Qarabağ”dadı. Ağdam klubu 13,325 xalla Avropanın 121-cisidi. Əyalət təmsilçisi bu mövqeni Qazaxıstan “Astana”sı ilə bölür.

 

8,825 xalı olan “Neftçi” də ağdamlılar kimi ikinci “yüzlük”dədi. Bakılılar 158-ci pillədə qərarlaşıb.

 

“Qəbələ” və cari mövsüm avrokubokları kənardan izləyən “İnter” 5,325 xala malikdi. Onlar Xorvatiya “Lokomotiv”i ilə birlikdə 213-cü pilləni bölür.

 

Hesabında 3,825 xalı olan “Xəzər Lənkəran” 278-ci yerə şərik olan 4 komandadan biridi. Təmsilçimiz Serbiya klubları “Çukariçki”, “Yaqodina”, Şimali İrlandiya “Kruzaders”i ilə eyni xala malikdi.

 

“Kəpəz”lə “Bakı” isə 3,075 xalla 317-ci yerin şəriklərindəndi. Bu iki klubumuz kimi “İrtış” (Qazaxıstan) və “Pünik”də eyni göstərici ilə cədvələ düşüb.

0