[b]"Qrupa düşmək bəxt və rəqiblərdən asılıdı" - Rəşad Sadiqov[/b]
01.07.2016 - 11:28
[b]"Qrupa düşmək bəxt və rəqiblərdən asılıdı" - Rəşad Sadiqov[/b]

“Samtredia” ilə qarşılaşan “Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsinə qələbə ilə start götürüb. Apasport.az saytının məlumatına görə, böyük hesablı (5:1) qələbə cavab oyununu formallığa çevirsə də, matçdan sonra jurnalistlərin suallarını cavablandıran Rəşad Sadiqov arxayınlaşmağa əsas görmədiyini bildirib.

 

- Deyəsən, siz də bu hesabla qələbə qazanacağınızı gözləmirdiniz...

- Həqiqətən də, bu cür hesabla qələbə qazanacağımızı gözləmirdik. Amma Gürcüstanda yaxşı təlim-məşq toplanışı keçirmişik. Yaxşı heyətimiz var, oyuna da tam hazır idik. Tapşırıq olmuşdu ki, ilk dəqiqələrdən təzyiq yaradaq və qol vuraq. Bu da bəhrəsini verdi.

 

- İkinci hissənin əvvəlində üstünlüyü rəqibə verdiniz. Bu, fasiləyə 3 top fərqi ilə qalib yollanmağınızın nəticəsi idi?

- Bu hər bir komandada olur. 3:0 hesabından sonra istəməsən belə, rahatlaşırsan, arxayınlıq yaranır. Rəqibin də haqqını yemək olmaz. Onlar bizi 15 dəqiqə təzyiq altında saxladılar, hətta qol da vurdular. Buraxılan qoldan sonra ayıldıq. Layiqli qələbə qazandığımızı düşünürəm.

 

- Bu qələbə “Qəbələ”nin güclü, yoxsa rəqibin zəif olduğunu göstərir?

- Komandamız yaxşı oynadı. Layiqli qələbə qazandıq. Kimin güclü və ya zəif olmasını mütəxəssislər deyə bilər. Bizim özümüz haqda fikir yürütməyimiz düzgün olmazdı. Belə deyək, 5:1 hesablı qələbə güclü olduğumuzu göstərir.

 

- Oyundan əvvəl 5:1 hesabı ilə qələbə qazanacağınızı desəydilər, həmin adama gülərdiniz?

- Niyə gülürəm ki? Futboldu, hər cür nəticə qeydə alına bilər. Gürcüstandakı toplanışda yaxşı oyun göstərdik. Nəticələrimiz də əla idi. 4:0, 2:0 hesablı qələbələr qazandıq. Düzdü, son görüşdə 1:1 hesabı qeydə alındı. Çox yaxşı kollektiv formalaşıb. Ola bilər ki, bu il qrup mərhələsinə düşməyək. Bu, rəqiblərimizdən və bir qədər də bəxtdən asılıdı. Ancaq bu komanda əvvəlkindən daha güclüdü.

 

- Yenilər gedənlər üçün təəssüfləndirmir?

- Bunu Gürcüstanda da demişdim. Çox hərəkətli komandamız var.

 

- Bu nəticənin davamı gələcəkmi?

- Çalışacağıq ki, qələbələri sıralayaq. Məqsədimiz də budu.

 

- Cavab matçına çıxmaq üçün motivasiya olacaqmı?

- Motivasiya olmalıdı.

 

- Potensial rəqiblərinizdən “Aktobe” ilə MTK 1:1 hesablı heç-heçə etdilər. Böyük ehtimalla, Macarıstan təmsilçisi ilə qarşılaşacaqsınız. Onlar haqda nə düşünürsünüz?

- Hələ bu haqda düşünmürük. Çünki cavab oyunumuz var. Qələbə qazanıb, reytinq xalları toplamaq istəyirik. Cavab görüşündə də qələbə qazanaq, sonra deyərik.

 

- Bu hesabdan sonra səfərdə mərhələ keçməyəcəyiniz hesabla uduzacağınızı gözləyirsiniz?

- Uduzacağımızı düşünmürük. Qələbə qazanmalıyıq. Həm klubumuzun, həm də ölkənin reytinq xallarını artıraq ki, gələcəkdə zəif rəqiblərlə qarşılaşaq. Oyuna arxayın çıxmaq istəmirik.

 

- Rəqib qapısından 5 top keçirməklə yeni rekord müəyyənləşdirdiniz. Ev oyununda klublarımızın heç biri rəqibini bu qədər meydanın mərkəzinə dəvət etməmişdi...

- Sevindirici haldı. Özümüz üçün də müsbət məqamdı. Hər oyunda nə qədər çox qol vursaq, azarkeşlərimiz də sevinər.

 

0