[b]“Qarabağ” Albaniya çempionuna məğlub oldu - YENİLƏNİB[/b]
01.07.2016 - 22:08
[b]“Qarabağ” Albaniya çempionuna məğlub oldu - YENİLƏNİB[/b]

Azərbaycan çempionu “Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi bu gün son yoxlama görüşünə çıxıb.

 

Təmsilçimiz 3-cü sınaq oyununda “Şkenderbeu” ilə qarşılaşıb. Albaniya çempionu ilə görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

 

Oyun çempionumuzun minimalhesablı məğlubiyyəti ilə yekunlaşıb.

 

Qeyd edək ki, buna qədər iki oyun keçirən “Qarabağ” yerli “Vakker İnsburq”a (0:1) məğlub olub, Rusiyanın güclü komandası “Zenit” üzərində isə (1:0) qələbə qazanıb.

 

Yoxlama görüşü

1 iyul

 

“Qarabağ” (Azərbaycan) – “Şkenderbeu” (Albaniya) - 0:1

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 10. Muarem Muarem, 91.Coşqun Diniyev, 20. Riçard Almeyda, 8.Miçel Madera, 9. Reynaldo Silva, 10. Dani Kintana

Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 94. Halit Çıtırlı, 17. Namiq Ələsgərov,11. Mahir Mədətov, 23. Elgün Uluxanov, 33. Eltun Turabov, 34. Salman Cəfərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 15. Rahid Əmirquliyev, 19. Azər Salahlı, 67. Əl Hərbi Əl Jadeouyi, 77. Cavid Tağıyev

0