[b]Vüqar Şirinli erməniyə qalib gəldi, Davud Məmmədsoy "bürünc" qazandı - YENİLƏNİB[/b]
01.07.2016 - 14:07
[b]Vüqar Şirinli erməniyə qalib gəldi, Davud Məmmədsoy "bürünc" qazandı - YENİLƏNİB[/b]

Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Qran-pri yarışına start verilib. Apasport.az saytının məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin 3 idmançısı mübarizəyə qoşulub. Onlardan yalnız Davud Məmmədsoy yarışı mükafatla başa vurub.

 

60 kq

İlk mərhələdən azad olan Rasim Əlməmmədovun birinci görüşü 1/4 final mərhələsinə təsadüf edib. Lakin rusiyalı Albert Monquşla qarşılaşan həmyerlimiz məğlubiyyətə üzülüb. Təsəlliverici görüşlərə qatılan Əlməmmədov yenə də tatamini məğlub tərk edib. O, monqolustanlı Bayarmaqnai Daqvadorja 46 saniyəyə uduzub.

 

Davud Məmmədsoy da yarışa 1/4 finaldan başlayıb. Monqolustanlı Ser-Od Nasanyarqalla üz-üzə gələn təmsilçimiz 25-ci saniyədə ippona düşüb. Məmmədsoy komanda yoldaşından fərqli, təsəlliverici görüşü qalib kimi bitirib. O, ilk qarşılaşmasındakı ipponun revanşını Maksim Burnaşevdən (Rusiya) alıb.

 

Davud bürünc medal uğrunda Əlməmmədova qalib gələn Monquşla qüvvəsini sınayıb. Cüdoçumuz qalib gəlməklə, millimizə ilk mükafatı qazandırıb.

 

66 kq

Vüqar Şirinlinin də debütü uğursuz alınıb. O, 1/4 finalda monqolustanlı Erkhembayar Battoktoxa uduzub. Təsəlliverici döyüşdə Rusiyanı təmsil edən erməni əsilli Paylak Qaloyanı mübarizədən kənarlaşdıran Şirinli 3-cü yer uğrunda sloveniyalı Andraz Jerebi sınağa çəkib. Qarşılaşma rəqibin xeyrinə başa çatıb.

 

Qeyd edək ki, Qran-pridə qarşıdakı 2 gündə Telman Vəliyev, Fəqan Quluzadə (hər ikisi 73 kq), Əbdulhəqq Rəsullu (81 kq), Firudin Dadaşov, Vasif Şərbətli (hər ikisi 90 kq) və Zelim Kotsoyev (100 kq) gücünü yoxlayacaq.

0