[b]“Portuqaliyanın qələbə qazanmadan yarımfinala çıxması paradoksdu”[/b]
01.07.2016 - 12:42
[b]“Portuqaliyanın qələbə qazanmadan yarımfinala çıxması paradoksdu”[/b]

“Çox məyusuq və unutmayacağıq ki, Portuqaliya Avropa çempionatında bir oyunda belə qələbə qazanmadan, yarımfinala çıxdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşa yığmasının hücumçusu Robert Levandovski deyib.

 

AÇ-2016-nın ¼ final mərhələsi çərçivəsində Polşa ilə qarşılaşan Portuqaliya yığmasını rəqibini penaltilər seriyasında üstələyərək, adını yarımfinala yazdırıb.

 

Matçdan sonra UEFA-nın rəsmi saytına açıqlama verən Levandovski bu nəticədən məyus olduqlarını bildirib. O, eyni zamanda Portuqaliya yığmasına söz atıb: “Portuqaliyanın qələbə qazanmadan yarımfinala çıxması futbolun paradoksudu. Biz çox çalışdıq. Əfsuslar olsun ki, penaltilər seriyasında daha dəqiq oynaya bilmədik və turnirlə vidalaşdıq. Halbuki uğura çox yaxın idik. Bu nəticə hələ bir müddət unudulmayacaq. Amma bizim möhkəm xarakterimiz var”.

 

 

0