[b]Azərbaycan çempionu “Ştutqart”la müqavilə bağladı[/b] - FOTO
01.07.2016 - 12:53
[b]Azərbaycan çempionu “Ştutqart”la müqavilə bağladı[/b] - FOTO

“Azərreyl”dən daha bir voleybolçunun ayrılması rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Madison Kinqdon (ABŞ), Natalia Valentin (Puerto-Rika), Nutsara Tomkom (Tailand) və Odina Bayramovanın (Azərbaycan) ardınca Vanna Buakeva Bakı klubundan gedib.

 

“Azərreyl”in büdcəsi azaldığı üçün tailandlı libero ilə müqaviləni uzatmaqda maraqlı olmayıb. Nəticədə asiyalı Almaniyaya üz tutub və “Ştutqart”la 1 illik razılıq əldə edib.

 

Qeyd edək ki, son çempion olan “Azərreyl”in büdcəsi azaldığından yeni mövsümdə kimlərlə oynayacağı hələ dəqiqləşməyib. Millimizin üzvü Kseniya Kovalenko və bolqarıstanlı Straşmira Filipovanın da “Azərreyl”dən gedəcəyi bildirilir. 

0