[b]AÇ-2016: Dopinq-testin nəticələri açıqlandı[/b]
01.07.2016 - 15:57
[b]AÇ-2016: Dopinq-testin nəticələri açıqlandı[/b]

Fransada keçirilən Avropa çempionatında hələ də dopinqlə bağlı qalmaqal baş verməyib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, UEFA dopinq-testlə bağlı məlumat yayıb.

 

Xəbərdə bildirilir ki, yanvar ayının 1-dən bəri 24 iştirakçı komandanın futbolçularından 1818 dəfə analiz alınıb. Bu testin 354-ü turnirin startından bəri aparılıb.

 

Futbolçulardan götürülən analizlər Dünya Dopinqlə Mübarizə Agentliyinin Fransadakı laboratoriyasında testdən keçirilib. UEFA indiyə qədər heç bir oyunçuda dopinqin aşkarlanmadığını vurğulayıb.

0