[b]Millimiz İtaliyaya qalib gəlib, Slovakiyaya uduzdu - YENİLƏNİB[/b]
01.07.2016 - 20:15
[b]Millimiz İtaliyaya qalib gəlib, Slovakiyaya uduzdu - YENİLƏNİB[/b]

Basketbolun 3X3 növü üzrə Avropa çempionatının seçmə mərhələsi başlayıb. Apasport.az saytının məlumatına görə, Fransanın Puatye şəhərində qüvvəsini sınayan qadınlardan ibarət yığmamız bu gün 2 matça çıxıb.

 

Tatyana Slojenitsinanın başçılıq etdiyi komanda İtaliya, ardınca Slovakiya ilə üz-üzə gəlib. İtaliya ilə ilk oyunun əsas vaxt bərabərə bitib - 18:18. Əlavə vaxtda isə millimiz qələbəyə sevinib - 21:19.

 

Yığmamız ikinci oyununda isə məğlubiyyətə üzülüb. Qızlarımız Slovakiyaya qarşı 14:16 hesablı yenilgiyə üzülüblər.

 

A qrupu

1 iyul

İtaliya - Azərbaycan - 19:21

Azərbaycan - Slovakiya - 14:16

 

 

Dina Ulyanova, Tatyana Deniskina, Marsedes Uolker və Molenhauer Aleksandradan ibarət “dördlük” son oyunu sabah keçirəcək. Rəqib Rusiya basketbolçuları olacaqlar.

 

Qeyd edək ki, digər qrupda Fransa, Latviya, İspaniya və Türkiyə milliləri yer alıblar. Puatyedə yekun nəticəyə əsasən 3 yığma finala yüksələcək.  

0