[b]“İlk oyunda özümüzü itirmişdik...” - FOTO[/b]
01.07.2016 - 16:36
[b]“İlk oyunda özümüzü itirmişdik...” - FOTO[/b]

“Əlbəttə ki, oyunu bu şəkildə uduzmaq çox üzcüdü. Amma Azərbaycana qalib gələ də biləcəyimizi düşünərəm”. Apasport.az saytının məlumatına görə, bunu Slovakiya millisinin voleybolçusu Dominika Drobnakova deyib.

 

24 yaşlı hücumçu Avropa Liqasının final mərhələsində Azərbaycanla ilk oyunu şərh edib. O bildirib ki, evdə 1:3 hesabı ilə məğlub olsalar da, iyulun 3-də Bakıda baş tutacaq matçda bunun revanşını almağa çalışacaqlar: “Əgər qarşıdakı oyuna tam konsentrasiya ola bilsək, duelin taleyini xeyrimizə daşıya bilərik. İlk matçın 3-cü setində qələbəyə çox yaxın idik. Lakin səhvlərimiz bizə çox başa gəldi və bundan sonra toparlana bilmədik. Hücumda axmaq səhvlər buraxırdıq. Hesab edirəm ki, biz ilk növbədə özümüzü itirmişdik. Amma çempionluq şanslarımız tükənməyib”. 

0