[b]Eddi İsrafilov “Kordoba”ya da lazım olmadı[/b]
01.07.2016 - 16:38
[b]Eddi İsrafilov “Kordoba”ya da lazım olmadı[/b]

Azərbaycan yığmasının futbolçusu Eddi İsrafilov “Kordoba”da da qalmayıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, millimizin yarımmüdafiəçisi Sequnda klubundan ayrılıb.

 

Buna səbəb Eddinin “Kordoba” ilə icarə müddətinin başa çatmasıdı. Müqavilə ilə “Mursiya”ya məxsus olan 24 yaşlı oyunçunun yanvar ayında icarəyə keçdiyi “Kordoba” ilə anlaşma müddəti bu gün başa çatıb.

 

Onunla yanaşı, daha 9 futbolçunun “Kordoba” ilə müqavilə müddəti bitib. Bunlar İsmael Falkon, Albert Dalmau, Marius Stankeviçyus, Nando Qarsiya, Raul de Tomas, Viktor Peres, Lopes Silva, Xisko və Lusodu. Eddi kimi, Nando Qarsiya, Raul de Tomas və Viktor Peres də aşağı liqa klubunda icarə əsasında çıxış edirdilər. Hazırda “Kordoba”nın heyətində cəmi 13 futbolçu qalıb.

 

2011-ci ildən “Mursiya”ya məxsus olan Eddi İsrafilov bununla həmin vaxtdan bəri icarə əsasında yollandığı 4-cü klubda da özünü doğrulda bilməyib. O, bu ilin ilk 6 ayında “Kordoba”nın heyətində 9 oyunda iştirak edib.

 

Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan yığmasında 5 oyun keçirib.

0