[b]“Barselona” istədi, PSJ-yə keçdi - FOTO[/b]
01.07.2016 - 17:16
[b]“Barselona” istədi, PSJ-yə keçdi   - FOTO[/b]

“Barselona” və “Sevilya”nın uzun müddət danışıq apardığı Hatem Ben Arfanın karyerasını hansı klubda davam etdirəcəyi bəlli olub. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “Nitsa” ilə müqaviləsinin müddəti başa çatan 29 yaşlı yarımmüdafiəçi İspaniyaya köçəsi olmayıb.

 

Belə ki, karyerasını yenə Fransa çempionatında davam etdirməyə qərar verən Ben Arfa PSJ ilə anlaşıb. Məlumatı Paris klubu da rəsmən təsdiqləyib. Ben Arfa yeni komandasına azad agent kimi keçib. Razılaşmaya əsasən, o, qarşıdakı 2 il ərzində PSJ-nin uğurları üçün çalışacaq.

 

Ben Arfa paytaxt təmsilçisində 21 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, əvvəllər “Lion”, “Marsel”, “Nyukasl” və “Hall Siti” klublarında da oynamış Ben Arfa Fransa yığmasında 15 oyun keçirib.

 

 

0