[b]“Neftçi”nin “5”i[/b]
01.07.2016 - 17:39
[b]“Neftçi”nin “5”i[/b]

“Neftçi” klub tarixinin rekordunu yeniləyib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi avrokuboklarda ardıcıl 5 səfər oyunudu meydanı qolsuz tərk etmir.

 

Bu isə bakılıların yeni rekordudu. “Ağ-qaralar” göstəricisini rekord səviyyəyə Maltada çatdırıb. Avropa Liqasının I təsnifat mərhələsinin “Baltsan”la görüşündə 2:0 hesabı ilə qalib gələn “Neftçi” 5-ci səfərindən də qolsuz dönməyib.

 

“Ağ-qaralar” bundan əvvəlki 4 matçda meydan sahiblərini 7 qolla məyus etmişdi. Bakılılar Sloveniya “Koper”ini 2:0, Gürcüstan “Çixura”sını 3:2 hesabı ilə məğlub edib, ardınca Serbiya “Partizan”ı (2:3) və Monteneqro “Mladost”unu yenə bilməsə də (1:1) meydanı qolsuz tərk etməyib.

 

Qeyd edək ki, avrokuboklardakı səfər oyunlarında ən uzun qol seriyası “Qarabağ”a məxsusdu – 8 matç. “İnter” isə “Neftçi” 5 belə oyun keçirib.

 

 

 

0