“Mançester Siti”də ilk ayrılıq
01.07.2016 - 18:09
“Mançester Siti”də ilk ayrılıq

Transfer dönəminin hərəkətli komandası “Mançester Siti” heyətində də “təmizləmə işləri”nə başlayıb. Apasport.az saytının məlumatına görə, “şəhərlilər” artıq bir oyunçu ilə yollarını ayırıblar.

 

Belə ki, rəhbərlik mərkəz müdafiəçisi Martin Demişelislə yeni müqavilə imzalamaqdan imtina edib. Bu da Argentina millisinin üzvünün azad agent statusu almasına səbəb olub. Demişelisin karyerasını İspaniya və ya vətəni Argentinada davam etdirməsi gözlənilir.

 

O, 3 il şərəfini qoruduğu Premyer Liqa təmsilçisinin heyətində 106 oyun keçirib, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, “Mançester Siti” mövsümlələrarası fasilədə İlkay Gündoğan, Aron Muy və Nolitonu heyətinə qatıb.

0