Premyer Liqa klubu 3 futbolçunu göndərdi
01.07.2016 - 19:24
Premyer Liqa klubu 3 futbolçunu göndərdi

Londonun “Çelsi” klunu üç futbolçu ilə yollarını rəsmən ayırıb. Apasport.az saytının məlumatına görə, “zadəganlar” Radamel Falkao, Aleşandro Pato və qapıçı Marko Ameliya ilə müqaviləni yeniləməyib.

 

Bu barədə klubdan açıqlama verilib.

 

“Mavilər”in heyətində icarə əsasında çıxış edən Falkaonun “Monako”ya keçəcəyi əvvəldən məlum idi.

 

Braziliyalı Pato isə "Korintians"a geri dönüb.

 

Ameliyanın taleyinə isə hələlik aydınlıq gəlməyib.

0