[b]AÇ-2016: Uels millisi yarımfinal uğrunda 2 oyunçunu fəda etdi[/b]
02.07.2016 - 01:50
[b]AÇ-2016: Uels millisi yarımfinal uğrunda 2 oyunçunu fəda etdi[/b]

AÇ-2016-nın 1/4 final mərhələsində Belçikanı mübarizədən kənarlaşdıran (3:1) Uels millisi ciddi itkilərlə üzləşib. Apasport.az saytının məlumatına görə, "əjdahalar"ın əsas üzvlərindən olan Aron Remsi və Ben Devis Belçikayla oyunda sarı vərəqə alaraq, cəza limitini doldurublar.

 

Bu da o deməkdi ki, “Tottenhem”li və "Arsenal"lı futbolçular AÇ-2016-nın yarımfinal mərhələsində, Portuqaliyaya qarşı oyunda milliyə kömək edə bilməyəcəklər.

 

Qeyd edək ki, Uels millisinin əsas üzvlərindən olan Remsi Belçikaya qarşı oyunda 2 məhsuldar ötürmə ilə komandasının qələbəsində vacib rol oynayıb.

0