[b]Dmitri Nazarov “Aue”də[/b]
02.07.2016 - 10:29
[b]Dmitri Nazarov “Aue”də[/b]

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun yeni klubu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Karlsrue” klubundan ayrılan yarımmüdafiəçi karyerasını elə 2-ci Bundesliqada davam etdirəcək.

 

Nazarov bu liqada çıxış edən “Aue” ilə anlaşıb. 26 yaşlı futbolçu yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Nazarov millimizdə keçirdiyi 18 oyunda 5 qol vurub.

0