[b]“Onun gəlişi komandamızın hücum xəttinin real güclənməsidi”[/b]
02.07.2016 - 10:38
[b]“Onun gəlişi komandamızın hücum xəttinin real güclənməsidi”[/b]

“Dmitri Nazarovu hələ “Prussen Münster”də çalışdığım vaxtdan yaxşı tanıyıram. Onun futbol ustalığı yüksək səviyyədədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Aue” klubunun baş məşqçisi Pavel Dotçev deyib.

 

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun transferinə münasibət bildirən mütəxəssis yarımmüdafiəçi haqda yüksək fikirdə olduğunu qeyd edib: “Nazarovun komandamızı gücləndirəcəyi şübhə doğurmur. Onun gəlişi komandamızın hücum xəttinin real güclənməsidi”.

 

Qeyd edək ki, 2-ci Bundesliqa klubu ilə 2 illik müqavilə imzalayan Dmitri son 3 ildə eyni dəstədə çıxış edən “Kaelsrue”nin şərəfini qoruyub.

 

 

0