[b]AAAF lisenziyaları geri qaytarmaq üçün CAS-a müraciət edəcək[/b]
04.07.2016 - 16:34
[b]AAAF lisenziyaları geri qaytarmaq üçün CAS-a müraciət edəcək[/b]

Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) idmançılarımızı Olimpiya lisenziyalarından məhrum etməsi qərarı Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) narazılığına səbəb olub. AAAF-dan apasport.az saytına verilən məlumata görə, federasiya bununla bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək niyyətindədi.


İdmançılardan götürülən dopinq-testlərin müsbət nəticə verməsi digər ölkələrdə olduğu kimi, Azərbaycan ağırlıqqaldıranlarından da yan keçməyib. Buna görə də IWF-in idmançıların diskvalifikasiyası haqda qərarı suallar doğurur ki, AAAF da buna cavab almağa ümid edir. Məlumatda bildirilir ki, Azərbaycan Antidopinq Konvensiyasına qoşulan ilk 40 ölkə arasındadı. Bununla yanaşı, Konvensiyaya qoşulduqdan sonra Milli Məclis tərəfindən xüsusi olaraq yaradılmış Komitə vasitəsilə Azərbaycanın antidopinq üzrə qanuni işləyən ilk ölkələrdən olduğu vurğulanıb. Bütün bunlar Azərbaycan Ağır Atletika Federasiyasında beynəlxalq instansiyalarda iddiasının öz müsbət həllini tapacağına ümid yaradır.

 

Qeyd edək ki, yığmamız Rio-2016-ya 4 lisenziya qazansa da, atletlərimizin dopinqdə “ilişməsi” səbəbindən ölkəmiz vəsiqələrdən məhrum olunub.

0