SİZİN REKLAM BURADA

AÇ-2016: Ronaldo üçün rekord şansı

Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo Avropa çempionatında rekord təkrarlaya bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün o, həm yarımfinal, həm də final qarşılaşmasının ən yaxşı oyunçusu seçilməlidi.

 

Belə ki, qitə birincilikləri tarixində ən çox matçın ən yaxşısı seçilən futbolçu ispaniyalı Andres İnyestadı. “Barselona”lı 6 dəfə buna layiq görülübsə, Ronaldoda bu rəqəm 4-dü.

 

İnyesta ilə italiyalı Andrea Pirlo AÇ-2012-də 3 dəfə oyunun ən yaxşısı seçilib ki, bu da rekord göstərici sayılır. Bu rekordu təkrarlamağa ən real namizədlər isə Dmitri Paye (Fransa) və Renato Sançesdi (Portuqaliya).

 

Yalnız Ronaldo, İnyesta və İsveç millisinin sabiq kapitanı Zlatan İbrahimoviç 3 fərqli Avropa çempionatında hansısa görüşün ən yaxşısı seçiliblər. Matçın ən yaxşısı nominasiyası 1996-cı ildən tətbiq edilir.

 

Qeyd edək ki, Portuqaliya yığması yarımfinal mərhələsi çərçivəsində bu gün Uelslə qarşılaşacaq.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 2 2 0 0 5-1 6

2.

Qarabağ

2

2 0 0 4-1 6

3.

Qəbələ

2

2 0 0 3-1 6

4.

Səbail

2 1 0 1 2-2

3

5.

Sumqayıt

2

1 0 1 2-2 3

6

İnter

2

0 0 2 1-3 0

7.

Neftçi

2

0 0 2 1-4 0

8.

Kəpəz

2 0 0 2 1-5 0
               

 

Top 10