Portuqaliya ilk, Fransa rekord arzusunda

Sabah Avropa çempionatına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Fransada təşkil olunan qitə birinciliyi final matçı ilə yekunlaşacaq.

 

31 gün davam edən sayca 15-ci turnirin həlledici qarşılaşmasında meydan sahibləri ilə Portuqaliya üz-üzə gələcək. Yubiley çempionatının qalibi olacaq komanda həm də tarixə düşmək imkanı qazanacaq.

 

Belə ki, Portuqaliya yığması qələbə qazansa, ilk dəfə qızıl medalları əldə edəcək. Bununla da pireneylilər Avropa çempionları sırasına daxil olacaq. İndiyədək buna 9 yığma nail olduğundan Fernandu Santuşun yetirmələri 10-cu Avropa çempionu olacaq.

 

Tarixində 2-ci dəfə finala yüksələn portuqaliyalılar 2004-cü ildə evdə Yunanıstana uduzmasını 12 il sonra meydan sahiblərini yenməklə çıxmış olacaq. Bu baş versə, 2008 və 2012-ci illərdə qonşu İspaniyanın əldə etdiyi kuboku Pireney yarımadasında saxlamış olacaq.

 

Yarımfinala qədər matçların əsas vaxtında qələbə qazana bilməyən, yalnız son oyunda Kriştianu Ronaldonun qol və məhsuldar ötürməsi ilə sevinən portuqaliyalıların kapitanı üçün də qələbənin dəyəri böyük olacaq. Bu, onun ilin sonunda “Qızıl top” qazanması üçün həlledici amillərdən ola bilər.

 

Fransa yığması indiyədək finalda uduzmayıb. 1984 və 2000-ci illərdə həlledici qarşılaşmalarda qələbə əldə edən “üçrənglilər” uğurunu təkrarlasa rekorda şərik çıxacaq. Söhbət üçqat Avropa çempionluğundan gedir. Bunadək yalnız Almaniya və İspaniyanın reallaşdırdığını təkrarlamaq üçün Fransa doğma azarkeşləri önündə qələbə qazanmalıdı.

 

1984-cü ildə qitə, 1998-ci ildə dünya çempionatına ev sahibliyi edən fransalılar təşkilatçısı olduğu son yarışlarda qızıl medalı heç kimə güzəştə getməyib. Öz meydanında Avropanın ən yaxşısı olmağı bacaran üç komandadan biri olan Didye Deşamın yetirmələri 4-cü belə hadisəni reallaşdırmaq iddiasındadı. 1964-cü ildə İspaniya, 1968-ci ildə İtaliya, 1984-cü ildə Fransanın evdə saxladığı kuboku qazanan başqa meydan sahibi olmayıb.

 

Qarşılaşma Didye Deşamın da tarixə düşməsi ilə nəticələnə bilər. 2000-ci ildə futbolçu kimi Avropa çempionu olan mütəxəssis həm oyunçu, həm baş məşqçi kimi bu titula yiyələnən ikinci şəxs kimi tarixə düşməyə yaxındı. Bunu bacaran ilk mütəxəssis isə 6 il Azərbaycan yığmasını da çalışdıran Berti Foqtsdu. O, 1972-ci ildə futbolçu, 1996-cı ildə isə baş məşqçi kimi Almaniya yığması ilə qitənin ən yaxşısı olub.

 

Final matçı AÇ-2016-nın ən yaxşı bombardiri Antuan Qrizmanın Kriştianu Ronaldo ilə dueli olacaq. 6 qol vuran fransalının fərdi mükafatı əldən verməsi mümkünsüz görünür. Çünki həm Ronaldo, həm də onun komanda yoldaşı Luiş Naninin hesabında 3 qol var.

 

Fransa və Portuqaliya milliləri tarixdə 25-ci dəfə üz-üzə gələcək. Aşkar üstünlüyə malik meydan sahibləri son 10 qarşılaşmada qələbə qazanıb. Avropa çempionu olduğu hər iki yarışın yarımfinalında əlavə vaxtda qalib gələn “üçrəmglilər” uğurlu seriyaya davam, portuqaliyalılar isə son vermək niyyətindədi.

 

Avropa çempionatı

Final

10 iyul

23:00. Portuqaliya - Fransa

Baş hakim: Mark Klattenburq

Yan xətt hakimləri: Simon Bek, Cek Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)

Ehtiyat yan xətt hakimi: Qyorgi Rinq (Macarıstan)

UEFA nümayəndələri: Yanis Mezekis (Latviya), Julien Olbert (Fransa)

Sen-Deni. “Stad de Frans”

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qəbələ

19

12

6

1

38-10

42

2.

Qarabağ

19

13

3

3

32-10

42

3.

İnter

19

8

9

2

30-19

33

4.

Sumqayıt

19

6

7

6

20-23

25

5.

Zirə

19

6

5

8

17-21

23

6.

Neftçi

19

5

2

12

14-33

17

7.

Kəpəz

19

3

7

9

12-22

16

8.

 AZAL

19

1

5

13

8-33

8

               

 

Top 10
Sizin reklam burada
150x220