[b]“Məni 200 qadınla aldatdı” – Lopes boşandı[/b]
12.07.2016 - 13:31
[b]“Məni 200 qadınla aldatdı” – Lopes boşandı[/b]

“Bir gün anam və oğlumla birlikdə evə qayıdanda gördüklərim məni təəccübləndirdi. Dedim ki, daha bu evdə qalmaram”. Apasport.az saytının məlumatına görə, bu sözləri ispaniyalı tennisçi Felisiano Lopesin sabiq həyat yoldaşı Alba Karrilyo deyib.

 

Evliliklərindən 1 il sonra boşanan cütlüyün ayrılıq səbəbi bəlli olub.

 

Bununla bağlı danışan Karrilyo Lopesin ona dəfələrlə xəyanət etdiyini bildirib: “Həmin ərəfədə haqqında çox şeylər eşitdim. Məlum oldu ki, onların hamısını biz evləndikdən sonra edib. Məni 200 qadınla aldatdı. O vaxt bunu başa düşmürdüm. Bütün bunlara rəğmən, evliliyi davam etdirməyi düşünsəm də, iyunun 9-da mənə boşanmaq istədiyini dedi. Şokda idim. Çünki problemi çözəcəyimizi düşünürdüm. Başa düşdüm ki, daha nəsə etmək yersizdi və yalnız “sağ ol” deyərək, vidalaşdım. Mən onu, həqiqətən, sevirdim və buna görə də evlənmişdik. İndi də Felisianonu sevirəm. Haqqında mediaya pis sözlər danışmaq istəmirdim. Əslində, onu və ailəsini müdafiə etməyi düşünürdüm. Ancaq mənim əleyhimə danışıb. Buna görə də, sərt davranıb, doğrunu dedim. Lopesin pis vərdişləri evliliyimizi davam etdirməyə imkan vermədi”.

 

Lopeslə daha əlaqəsinin qalmadığını deyən Karrilyo bunları əlavə edib: “Ondan ev və ya aliment tələb etmək fikrim yoxdu. Ancaq vəkilim bunu etməyimi istəyir. Mənim isə elə fikrim yoxdu”.

 

Karrilyonun “Məni 200 qadınla aldatdı” cümləsinə Felisiano Lopesin reaksiyası belə olub: “Onu 200 qadınla aldatmışam? Heç də pis deyil”. 

0