[b]Rauf Məmmədov olimpiadadan danışdı - VİDEO[/b]
14.07.2016 - 12:40
[b]Rauf Məmmədov olimpiadadan danışdı - VİDEO[/b]

"Ölkəmizdə şahmat çox sevilir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin şahmatçısı Rauf Məmmədov deyib.

 

Yığmamız sentyabrın 1-də start götürəcək Bakı Şahmat Olimpiadasına hazırlığını Qəbələdə davam etdirir. Komandamızın üzvlərindən olan Rauf Məmmədova mötəbər yarışda böyük ümidlər bəslənilir.

 

Bununla bağlı fikirlərini bildirən qrossmeyster olimpiadada medal qazanmağı arzuladığını qeyd edib: “Azərbaycanda şahmat sevildiyindən, azarkeşlərin bizi dəstəksiz qoymayacaqlarına inanırıq. Ümid edirəm ki, olimpiadada medal qazanacağıq".

Qeyd edək ki, ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış “Kristal” zalında keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq. 

 

 

0