[b]Əməliyyat Komitəsindən "Say Chess" layihəsi - VİDEO[/b]
18.07.2016 - 09:49
[b]Əməliyyat Komitəsindən  "Say Chess" layihəsi - VİDEO[/b]

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi paytaxtımızda keçiriləcək mötəbər yarışla əlaqədar təbliğat işlərini davam etdirir. Apasport.az saytının xəbərinə görə, təqdim olunan videoda ölkəmizin eləcə də dünyanın məşhur şahmatçılarını izləmək mümkündü. "Say Chess" adlanan layihə Bakı sakinləri və şəhərimizin qonaqlarını  42-ci Ümumdünya Şahmat Olimpiadasına dəvət edir.

Qeyd edək ki, mötəbər yarışın təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında keçiriləcək.  

0