[b]Avropa Liqası: III təsnifat mərhələsinin cütləri[/b]
22.07.2016 - 10:51
[b]Avropa Liqası: III təsnifat mərhələsinin cütləri[/b]

Avropa Liqasının III təsnifat mərhələsində qarşılaşacaq cütlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dünən keçirilən II təsnifat mərhələsinin cavab oyunlarından sonra növbəti raundun 29 cütünün tam tərkibi bəlli olub.

 

Azərbaycanın mübarizəni davam etdirən yeganə təmsilçisi “Qəbələ” Fransa “Lill”i ilə üz-üzə gələcək. Ümumilikdə bu mərhələdə çıxış edəcək 58 komandadan 25-i yarışa birbaşa bu raunddan qoşulanlar, 33-ü isə ötən raundun qalibləridi.

 

Qeyd edək ki, bu mərhələnin ilk oyunları iyulun 28-də, cavab matçları avqustun 4-də keçiriləcək.

 

Avropa Liqası

III təsnifat mərhələsi

 

“Lokomotiv” (Xorvatiya) – “Vorskla” (Ukrayna)

“Sent-Etyenn” (Fransa) - AEK (Yunanıstan)

AEK (Kipr) - “Spartak” (Moskva, Rusiya)

“Panduri” (Rumıniya) - “Makkabi” (Təl-Əviv, İsrail)

“Voyvodina” (Serbiya) - “Dinamo” (Belarus)

“Zaqlebiye” (Polşa) - “Sonderyuske” (Danimarka)

“Austriya” (Vyana, Avstriya) - “Spartak” (Trnava, Slovakiya)

“Herta” (Almaniya) -  “Brondbü” (Danimarka)

“Vest Hem” (İngiltərə) - “Domjale” (Sloveniya)

“Lürsern” (İsveçrə) - “Sassuolo” (İtaliya)

AİK (İsveç) - “Panatinaikos” (Yunanıstan)

“İstanbul Başakşehir” (Türkiyə) - “Riyeka” (Xorvatiya) 

“Videoton” (Macarıstan) - “Midtyulland” (Danimarka)

“Slaviya” (Çexiya) - “Rio Ave” (Portuqaliya)

“Osmanlıspor” (Türkiyə) - “Nomme Kalyu” (Estoniya)

“Herakles” (Hollandiya) - “Arouka” (Portuqaliya)

“Höteborq” (İsveç) - HİK (Finlandiya)

“Birkirkara” (Malta) - “Krasnodar” (Rusiya)

“Aberdin” (Şotlandiya) - “Maribor” (Sloveniya)

“Torpedo” (Belarus) - “Rapid” (Avstriya)

“Admira” (Avstriya) - “Slovan” (Çexiya)

“Alkmaar” (Hollandiya) – “Yannina” (Yunanıstan)

“Lill” (Fransa) - “Qəbələ” (Azərbaycan)

“Genk” (Belçika) – “Kork Siti” (İrlandiya)

“Gent” (Belçika) - “Vitorul” (Rumıniya)

“Yelqava” (Latviya) - “Beytar” (İsrail)

“Aleksandriya” (Ukrayna) - “Hayduk” (Xorvatiya)

“Şkendiya” (Makedoniya) - “Mlada Boleslav” (Çexiya)

“Qrasshoppers” (İsveçrə) - “Apollon” (Kipr)

 

 

0