[b]“Lill”dən minimal hesablı qələbə[/b]
22.07.2016 - 11:17
[b]“Lill”dən minimal hesablı qələbə[/b]

Avropa Liqasında “Qəbələ”nin rəqibi olan Fransa “Lill”i yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, fransalılar Belçikanın “Beveren” klubunu sınağa çəkib.

 

Qarşılaşmanın taleyini 1 qol həll edib. Oyunun 29-cu dəqiqəsində fərqlənən Erik Bauthok “Lill”ə 1:0 hesablı qələbə qazandırıb.

 

Fransa təmsilçisi bu matçı belə heyətlə keçirib: Vinsent Enyeama, Sebastyan Korçia, Renato Çivelli (Adama Soumaoro, 46), Marko Başa (Renato Çivelli, 67), Yulian Palmieri (Frank Beria,46), Rio Mavuba (Stopila Sunzu, 46), Morqan Amalfitano (Rio Mavuba, 67), Yassin Benzia, Roni Lopes (Lenni Nangis, 67), Rayan Mendes (Ronni Rodelin, 67), Erik Bauthok (İv Bissuma, 67).

0