[b]Uiks zirvəyə şərik çıxdı[/b]
22.07.2016 - 11:32
[b]Uiks zirvəyə şərik çıxdı[/b]

II təsnifat mərhələsinin cavab oyunlarından sonra Avropa Liqasının bombardirləri siyahısında dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, Macarıstanın MTK ilə cavab matçından qol sevinci yaşayan “Qəbələ”nin liberiyalı legioneri mövsümdə 5-ci dəfə fərqlənib.

 

Bununla, afrikalı futbolçu yarışın ən yaxşı bombardirlərinə çatıb. Son matçlara qədər hesabında 5 qol olan makedoniyalı İvan Triçkovskinin təkhakimiyyətliliyinə son qoyulub.

 

Kiprin AEK klubunda oynayan makedoniyalıya Marko Mariç də çatıb. Xorvariyanın “Lokomotiv” klubunun hücumçusu dünən dubla imza atıb.

 

III təsnifat mərhələsi ərəfəsində yarışın bomardirləri siyahısında Uiks, Triçkovski və Mariçdən ibarət “üçlük” zirvəni bölüşür.

0