[b]“Qarabağ” – “Viktoriya”: hansı tarixdə, hansı saatda?[/b]
22.07.2016 - 12:12
[b]“Qarabağ” – “Viktoriya”: hansı tarixdə, hansı saatda?[/b]

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Viktoriya” matçının tarixi bəlli olub. Apasport.az saytının məlumatına görə, Ağdam klubunun plzenlilərlə ikinci görüşü avqustun 2-də baş tutacaq.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:30-da start götürəcək.

 

Qeyd edək ki, bu komandaların ilk görüşü isə iyulun 26-da Plzendə baş tutacaq. “Dusan Arena”da keçiriləcək həmin qarşılaşma Bakı vaxtı ilə 22:15-də start götürəcək.  

0