[b]MTK-nın Avropa üçüncüsü olan qənimi[/b] - FOTO
22.07.2016 - 16:04
[b]MTK-nın Avropa üçüncüsü olan qənimi[/b] - FOTO

“Qəbələ”nin fransalı futbolçusu Baqali Dabo yarışın ən yaxşı assistentləri siyahısına daxil olub. Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsinin MTK ilə Bakıdakı qarşılaşmasında 2 qola assistentlik edən 28 yaşlı hücumçu məhsuldar ötürmələrinin sayını 3-ə çatdırıb.

 

Bununla da Dabo Avropa Liqasının assistentləri arasında 3-cü yerə şərik olub. “Top-5”də qərarlaşan təmsilçimiz “Şkendiya”nın üzvü Blaqoye Todorovski və “Aberdin”li Conatan Hayeslə birlikdə 3-5-ci pillələrdə qərarlaşıb.

 

Siyahıya isə 5 qolda payı olan “Brondbü”lü Endryu Hyusager başçılıq edir. “Midtyulland”ın oyunçusu Rasmus Nilsen isə 4 ötürməylə 2-ci pillədədi.

 

Qeyd edək ki, 4 oyunda 3 assistə imza atan Dabo ilk uğurunu Macarıstanda MTK ilə ilk matçda gerçəkləşdirmişdi. Onun bütün məhsuldar ötürmələri məhz bu rəqiblə matçlara təsadüf edib.

0