[b]“Oyunun pozitiv alındığını hesab etmək olar” – Zaur Svanadze[/b]
23.07.2016 - 10:15
[b]“Oyunun pozitiv alındığını hesab etmək olar” – Zaur Svanadze[/b]

“Komanda normal oyun göstərdi. Uşaqlar mübarizə apardılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Zaur Svanadze deyib.

 

Türkiyədə təlim-məşq toplanışda olan “bankirlər” dünən növbəti yoxlama oyununa çıxıblar. “Elazığspor"la qarşılaşan “İnter” matçdan qolsuz bərabərliklə ayrılıb.

 

Klubun rəsmi saytına açıqlama verən Svanadze görüşlə bağlı fikirlərini bölüşüb: “Birinci hissədə çox yaxşı oynadıq. Qol vəziyyətləri oldu. Müdafiəçilər çox yaxşı, dəqiq oynadılar. Ona görə də, bu oyunun pozitiv alındığını hesab etmək olar. Növbəti oyun Gürcüstanın “Kolheti Poti” komandası ilə olacaq. Sonra mövsümün startına hazırlaşmağa başlayacağıq”. 

 

 

 

 

0