[b]“Bəzi çatışmazlıqlarımız var, amma indi daha güclüyük” – Yassin Benzia[/b]
23.07.2016 - 13:03
[b]“Bəzi çatışmazlıqlarımız var, amma indi daha güclüyük” – Yassin Benzia[/b]

Tezliklə Avropa Liqasının cari mövsümündə ilk oyunumuzu keçirəcəyik. Ötən mövsümboyu avrokuboklara düşmək üçün mübarizə apardıq. Odu ki, gələn həftə keçirəcəyimiz ilk oyuna tam hazır olmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Lill”in əlcəzairli hücumçusu Yassin Benzia deyib.

 

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində gələn həftə “Qəbələ” ilə ilk oyununu keçirəcək fransalıların futbolçusu klubun rəsmi saytına açıqlama verib.

 

22 yaşlı forvard “Qəbələ” ilə baş tutacaq ilk matçla bağlı fikirlərini bölüşüb: “Avrokuboka yaxşı başlamaq önəmlidi. Görürük ki, fiziki durumumuz daha da yaxşılaşıb. Son yoxlama görüşündə inamlı təsir bağışladıq. Komanda əvvəlki vaxtla müqayisədə indi daha güclüdü. Ancaq açıq-aşkar göründü ki, bəzi çatışmazlıqlarımız var. Baş məşqçi mənə hansı mövqedə şans verirsə, deməli, orda komandaya daha çox xeyrim dəyir. Əlimdən gələni edəcəm ki, avrokubokda da “Lill”ə faydalı olum”.

 

Qeyd edək ki, “Lion”un yetirməsi olan Benzia 2015-ci ildən “Lill”in formasını geyinir.

 

0