[b]Çempion “Arsenal”la razılığa gəldi[/b]
23.07.2016 - 15:44
[b]Çempion “Arsenal”la razılığa gəldi[/b]

Ötən mövsüm “Lester”in heyətində İngiltərə çempionu olmuş Riyad Mahrez klubunu dəyişməyə çox yaxındı. Apasport.az “Eurosport”a istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi “Arsenal”a keçəcək.

 

“Topçular”ın futbolçunun agenti ilə razılığa gəldiyi və müqavilənin detallarını müzakirə etdikləri bildirilir.

 

Bu keçid London klubuna 45 milyon funt-sterlinqə başa gələcək.

 

Qeyd edək ki, Əlcəzair yığmasının da formasını geyinən Mahrez 2014-cü ildən “Lester”də çıxış edir. 

0