[b]“Bu tempi Avropa Liqasında da davam etdirməliyik” - "Lill"in legioneri[/b]
23.07.2016 - 16:23
[b]“Bu tempi Avropa Liqasında da davam etdirməliyik” - "Lill"in legioneri[/b]

“Son yoxlama görüşündə yaxşı oynadıq. Bu qələbə sayəsində özünəinam hissini artırdıq. Qarşıdakı isə bizi rəsmi oyun gözləyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Lill”in malili futbolçusu Yves Bissuma deyib.

 

Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olacaq Fransa təmsilçisi matçın hazırlığını davam etdirir.

 

“Lill”in rəsmi saytına açıqlama verən Bissuma “qırmızı-qaralar”la oyunöncəsi komandada mövcud olan ab-havadan danışıb: “Avropa Liqasındakı matçöncəsi qalib gəlmək önəmli idi. Biz də bunu bacardıq. Bu tempi Avropa Liqasında da davam etdirməliyik. Düzdü, komandada yorğuluq hiss olunur. Hazırlığımızın bu dönəmi asan keçmədi. Çünki daha çox fiziki çalışmalara üstünlük verildi. Lakin “Beveren”lə yoxlama görüşü göstərdi ki, komandanın hər bir üzvü yaxşı formadadı. Mən bu kollektivdə özümü çox yaxşı hiss edirəm. Bu da inkişaf etməyimə yardımçı olur”.

 

20 yaşlı futbolçu istənilən mövqedə oynamağa hazır olduğunu bildirib: “Yarımmüdafiədə oynamaq mənim üçün daha rahatdı. Amma baş məşqçi hansı mövqedə desə, orda çıxış etməyə hazıram”.

0