[b]İquain “Yuventus”la anlaşdı[/b]
23.07.2016 - 17:21
[b]İquain “Yuventus”la anlaşdı[/b]

Argentina yığmasının hücumçsuu Qonsalo İquain “Napoli”dən ayrılıb. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu “Yuventus”la anlaşıb.

 

Məlumatda bildirilir ki, “qoca sinyora” İquainə görə qarşı tərəfə 94 milyon avro ödəyəcək.

 

“Yuve” ilə 4 illik müqavilə imzalayacaq İquain yeni klubunda ilinə 7,5 milyon avro qazanacaq.

 

Qeyd edək ki, İquain “Napoli”yə 2013-cü ildə Madrid “Real”ından keçmişdi. 

0