[b]AZAL Stanislav Namaşkoya əvəzləyici tapdı [/b]
24.07.2016 - 21:43
[b]AZAL Stanislav Namaşkoya əvəzləyici tapdı [/b]

 

Stanislav Namaşkonun gedişindən sonra qapı xəttində ciddi problem yaşayan AZAL bu çatışmazlığı aradan qaldırıb. Apasport.az saytının məlumatına görə, Şüvəlan klubu Azərbaycan milli komandasına ara-sıra dəvət alan Aqil Məmmədovla münasibətlərini rəsmiləşdirib.

 

Razılaşmaya əsasən, Məmmədov qış fasiləsinə qədər AZAL-ın uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, son olaraq "Neftçi"də oynamış Aqil "Bakı" klubunun yetirməsidi.

0