[b]BOK Rusiya yığmasını 2016-cı il Yay Olimpiya Oyunlarından kənarlaşdırmayıb[/b]
24.07.2016 - 21:52
[b]BOK Rusiya yığmasını 2016-cı il Yay Olimpiya Oyunlarından kənarlaşdırmayıb[/b]

Rusiya yüngül atletləri Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcək

 

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya yığmasının 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarından kənarlaşdırılmayacağını təsdiq edib. APA-nın məlumatına görə, bu, BOK-un yaydığı məlumatda əksini tapıb.

 

Bu barədə qərar bu gün  MOK İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Bununla bərabər, Rusiya yüngül atletlərinin Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakı ilə bağlı qərarın bu idman sahəsi üzrə beynəlxalq federasiya tərəfindən qəbul ediləcəyi  bildirilib. Eyni zamanda BOK Dari Klişnoy istisna ilə, rusiyalı yüngül atletlərin Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyini təsdiqləyib, əvvəllər dopinq qəbul edən rusiyalı idmançıların Yay Olimpiya Oyunlarına buraxılmayacağı vurğulayıb. 

 

0