[b]“İnter” Superliqa klubuna dərs keçdi[/b]
25.07.2016 - 08:57
[b]“İnter” Superliqa klubuna dərs keçdi[/b]

Bakının “İnter” klubu Türkiyə toplanışı çərçivəsində növbəti yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, “bankirlər” dünən “Gənclərbirliyi” ilə qarşılaşıblar.

 

Superliqa təmsilçisi ilə görüşdə "İnter"in 4:0 hesablı qələbə qazanıb. Bakılıların qollarına Samir Zərgərov (2), Fuad Bayramov və Mirhüseyn Seyidov imza atıblar.
 
Qeyd edək ki, "İnter" əvvəlki yoxlama oyunlarında "Kasımpaşa"ya qalib gəlmiş (2:1), "Elazığspor"la isə heç-heçə etmişdi (0:0). 

0