[b]“Şans verdik ki, özlərini göstərsinlər” – Zaur Svanadze[/b]
25.07.2016 - 09:05
[b]“Şans verdik ki, özlərini göstərsinlər” – Zaur Svanadze[/b]

“Gənclərbirliyi”nin ikinci komandası ilə qarşılaşdıq və gəncləri oynatdıq. Onlara şans verdik ki, özlərini göstərsinlər”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Bakı “İnter”inin baş məşqçisi Zaur Svanadze deyib.

 

Türkiyə toplanışı çərçivəsində “Gənclərbirliyi” ilə qarşılaşan “bankirlər” 4:0 hesablı qələbə qazanıblar.

 

Matçdan sonra klubun saytına danışan Svanadze razılığını bildirib: “Uşaqların göstərdikləri oyundan razı qaldıq. Onlar normal oyun sərgilədilər. Növbəti görüşümüz “Kolxeti” ilə olacaq. Bu matça hazırlaşacağıq”.

 

 

0