[b]“Neftçi”dən ayrılan futbolçu Portuqaliya klubunda[/b]
25.07.2016 - 09:56
[b]“Neftçi”dən ayrılan futbolçu Portuqaliya klubunda[/b]

Mövsümlərarası fasilədə “Neftçi”dən ayrılan Ailton Ferreyra Silvanın yeni klubu müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, 21 yaşlı müdafiəçi karyerasını Portuqaliya çempionatında davam etdirəcək.

 

Belə ki, Ailtonun transfer hüququna sahib olan “Fluminense” onu yenidən icarəyə verib. “Neftçi”nin formasını da icarə əsasında geyinmiş “sambaçı” bu dəfə “Eştoril Praya”nın şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Ailton Topaz Premyer Liqasının 2015/2016 mövsümündə 32 oyunda 3 qola imza atıb. 

0