[b]“Lill”in futbolçusu “Midlsbro”ya keçə bilər[/b]
25.07.2016 - 11:02
[b]“Lill”in futbolçusu “Midlsbro”ya keçə bilər[/b]

Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Lill” 1 futbolçusu ilə yolları ayıra bilər. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, söhbət komandanın heyətinə nadir hallarda düşən İbrahim Amadoudan gedir.

 

23 yaşlı yarımmüdafiəçinin karyerasını İngiltərədə davam etdirmək variantı yaranıb. Belə ki, onun xidmətində Premyer Liqaya qayıdan “Midlsbro” maraqlıdı.

 

Fikrini heyətin gücləndirilməsinə yönəldən klubun baş məşqçisi Aytor Karankanın alınmasını tələb etdiyi futbolçulardan biri də məhz Amadoudu.

 

Qeyd edək ki, Amadou “Lill”ə 2015-ci ildə “Nansi”dən keçib. O, Fransanın U-19 yığmasında 2 oyunda iştirak edib.   

0