[b]“Qarabağ”ın qırmalı olduğu tilsim[/b]
25.07.2016 - 11:15
[b]“Qarabağ”ın qırmalı olduğu tilsim[/b]

Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparan “Qarabağ”ın ilk oyunu Azərbaycan klubları üçün uğursuz gündə baş tutacaq. Apasport.az saytının məlumatına görə, sabah Çexiyada Plzenin “Viktoriya” klubu ilə keçiriləcək görüş iyulun 26-da təmsilçilərimizin iştirakı ilə baş tutacaq 6-cı matç olacaq.

 

Əvvəlki 5 matçın heç biri klublarımıza uğur gətirməyib. Bu oyunların dördündə uduzan komandalarımız heç-heçə nəticələnən yeganə qarşılaşmanın da penaltilər seriyasında üzülüb. Ağdam təmsilçisi Plzendə 26 iyul tilsimini qırmağa cəhd edəcək.

 

Bu tarix ilk dəfə “Şəmkir”ə düşərli olmayıb. Qərblilər 2000-ci ildə Çempionlar Liqasında “Qarabağ”ın da oynayacağı Çexiyadan məğlub dönüb. Təmsilçimiz “Slaviya”ya 1 qolla uduzub.

 

5 il sonra eyni turnirdə Brüsseldə Belçika “Anderlext”inin qonağı olan “Neftçi” isə daha ağır aqibətlə üzləşib. Meydan sahibləri bakılıların qapısından 5 cavabsız qol keçirib.

 

2008-ci ildə yenə iyulun 26-da səfərdə oynayan “Neftçi” azarkeşlərini məyus edib. İntertoto kubokunda 2 mərhələ keçən paytaxt klubu Bakıda 2:1 hesabı ilə yendiyi “Vaslui” ilə səfər matçında uduzub. 2:0 hesablı qələbə Rumıniya klubunu növbəti mərhələyə - UEFA kubokuna daşıyıb.

 

2012-ci ildə Avropa Liqasındakı təmsilçilərimiz “Xəzər Lənkəran”la “İnter” səfər sınağından məyus dönüb. Cənublular Polşada “Lex”ə minimal hesabla uduzubsa, “bankirlər”  Yunanıstanda “Asteras Tripolis”lə sülh bağlayıb – 1:1. Amma penaltilər seriyasında Ellada təmsilçisi qalib gəlib – 4:2.

 

0