[b]“Benzemadan həzz alırdım, onunla birlikdə 3 ay keçirdim”[/b]
25.07.2016 - 11:50
[b]“Benzemadan həzz alırdım, onunla birlikdə 3 ay keçirdim”[/b]

“Futbolu yox, Benzamanı sevirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri argentinalı model Samira Salome deyib.

 

Eyni zamanda aktrisa olan Salome “Real” və “Barselona”lı futbolçularla bağlı diqqətçəkən açıqlama verib. Fransa mətbuatına danışan Samira ulduz oyunçularla bir neçə dəfə intim əlaqədə olduğunu etiraf edib.

 

Xarici mətbuatda onun adı Kriştianu Ronaldo ilə birgə çəkilsə də, Salome bunu təkzib edib. Malaqada yaşayan model əvəzində “Real”ın digər futbolçusu Kərim Benzema və “Barselona”nı Dortmund “Borussiya”sına dəyişən Mark Bartra ilə görüşdüyünü açıqlayıb.

 

Salome, xüsusilə, Benzema ilə yaşadıqlarından ağızdolusu danışıb: “Benzemadan həzz alırdım, onunla birlikdə 3 ay keçirdim. Kərimi sevirdim”.

 

Model müsahibəsində daha futbol dünyasından kənarlaşdığını və özünə başqa sahədən sevgili tapdığını qeyd edib. Bununla belə, o, futbolçuları tərifləməyi də unutmayıb: “Artıq futbol dünyasından kənarlaşmışam. Futbolçular cavan, gözəl və pulludular. Amma onların dalınca qaçmaqdan bezdim. Xoşbəxtlikdən, futbolçularla münasibətim həmişə yaxşı, seksual olub. Onlar böyük ürəyə malik insanlardı. Sadəcə, həzz almaq istəyirlər və qarşısındakıları incitmirlər”.

 

0