[b]Səfər qoluna həsrət qaldığımız mərhələ[/b]
25.07.2016 - 12:55
[b]Səfər qoluna həsrət qaldığımız mərhələ[/b]

Çempionlar Liqasının III təsnifat mərhələsi Azərbaycan klubları üçün səfər sindromu yaradır. Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz indiyədək bu mərhələdə rəqib meydanında keçirdiyi oyunların hamısında uduzub.

 

İki dəfə “Qarabağ”, hərəyə 1 dəfə “Bakı” və “Neftçi” qitənin ən nüfuzlu klub turnirində pley-off mərhələsinin astanasında olsa da, səfərdə qol vura bilməməkdən əziyyət çəkib. Elə bu quru hesablı məğlubiyyət də onların mərhələ adlamamasına səbəb olub. Nəticədə 4 cəhdin hamısında komandamız mübarizəni Avropa Liqasında davam etdirmək məcburiyyəti ilə üz-üzə qalib.

 

Sabah Çexiyada Plzenin “Viktoriya” klubunun qonağı olacaq “Qarabağ” özünün 3-cü, təmsilçilərimizin 5-ci cəhdində uğursuz tendensiyaya son qoymağa çalışacaq. Ağdam klubu uduzmasa, mərhələ keçmək istiqamətində böyük addım atacaq. Çünki bu mərhələdə keçirilən ev matçlarında komandalarımız yenilgi nə olduğunu bilmir. 4 görüşdən üçündə heç-heçə qeydə alınıbsa, “Qarabağ” 2 il öncə III təsnifat mərhələsindəki yeganə qələbəmizi qazanıb. Bu, “Zalsburq”la ev matçına təsadüf edib – 2:1.

 

Klublarımızın Çempionlar Liqasının III təsnifat mərhələsindəki səfər oyunları

2009/10

“Levski” (Bolqarıstan) – “Bakı” – 2:0

2012/13

“Hapoel” (Kiryat-Şmona, İsrail) – “Neftçi” – 4:0

2014/15

“Zalsburq” (Avstriya) – “Qarabağ” – 2:0

2015/16

“Seltik” (Şotlandiya) – “Qarabağ” – 1:0

 

0