[b]Eder “Qəbələ” ilə oyunöncəsi “Lill”ə qoşuldu[/b]
25.07.2016 - 13:35
[b]Eder “Qəbələ” ilə oyunöncəsi “Lill”ə qoşuldu[/b]

Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" ilə qarşılaşacaq "Lill"in hücumçusu Eder klubun düşərgəsinə qoşulub. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, istirahətdə olan portuqaliyalı forvard Fransaya qayıdıb. 


AÇ-2016-da Portuqaliya yığmasının heyətində çempion olan Eder iki həftəlik istirahətə buraxılmışdı. O, bu müddəti başa vuraraq, geri dönüb.


Qeyd edək ki, “Lill” və “Qəbələ” arasındakı ilk oyun iyulun 28-də Fransada, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək. 

0