[b]Budaq Nəsirov: “Sportinq”ə kömək etmək istəyirəm[/b]
25.07.2016 - 16:04
[b]Budaq Nəsirov: “Sportinq”ə kömək etmək istəyirəm[/b]

“Burda olmaqdan məmnunam. “Sportinq”ə kömək etmək istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Budaq Nəsirov deyib.

 

“Sportinq”ə transfer olunan 20 yaşlı yarımmüdafiəçi Portuqaliya klubunun rəsmi saytına açıqlama verib.

 

Nəsirov Avropanın tanınmış klublarından birinə keçdiyinə görə, özünü xoşbəxt saydığını bildirib: “Mənə etimad göstərmələrini yüksək qiymətləndirirəm. Uzun müddət idi ki, agentim mənim üçün belə imkan axtarırdı. Sevincimdən özümdə deyildim. Çünki “Sportinq” Avropanın ən yaxşı klublarından biridi”.

 

Tez bir zamanda portuqal dilində danışmağı öyrənəcəyinə söz verən Nəsirov bunları əlavə edib: “Meydana çıxanda öz keyfiyyətlərimi göstərməyə üstünlük verirəm. Məni tanımayan insanlar məşqlərdə, oyunlarda necə çalışdığıma baxa bilərlər. Əminliklə deyə bilərəm ki, meydanda həmişə maksimum gücümdən istifadə edirəm. Həm məşqlərdə, həm yoldaşlıq görüşlərində, həm də rəsmi matçlarda ürəyimi qoyuram”.

 

Qeyd edək ki, “Sportinq”in rəsmi saytında Budaq Nəsirovun bu klubun B komandasında oynayacağı qeyd edilib. 

 

0