[b]Nəsirov “Sportinq”də nə vaxt debüt edəcək?[/b]
25.07.2016 - 17:14
[b]Nəsirov “Sportinq”də nə vaxt debüt edəcək?[/b]

Portuqaliyanın adlı-sanlı “Sportinq” klubuna keçən Azərbaycan yığmasının futbolçusu Budaq Nəsirov Lissabon təmsilçisinin B komandasında çıxış edəcək. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin “Sportinq B” komandasının əsası 2000-ci ildə qoyulub.

 

Klubun akademiyasını təmsil edən bu komanda həmin vaxt cəmi 4 il fəaliyyət göstərib. Lakin 2012-ci ildə “Sportinq” rəhbərliyi yenidən B komandasını yaratmağı lazım bilib.

 

Nəsirovun yeni komandası Liqa Pro, yəni Portuqaliya çempionatının gücünə görə 2-ci divizionunda çıxış edir. Ev oyunlarını “Eştadio Aurelio Pereyra”da keçirən “əvəzedicilər” ötən mövsüm 12-ci pilləni tutublar. Maraqlıdı ki, bu arenanın tamaşaçı tutumu bəzi mənbələrdə 1180 göstərilsə də, fərqli rəqəmlərə də rast gəlmək mümkündü.

 

Nəsirovun yeni baş məşqçisi Joao de Deus həm futbolçu, həm çalışdırıcı kimi Portuqaliyanın ortabab klublarında fəaliyyət göstərib. Lakin 40 yaşlı mütəxəssis 2008-10-cu illərdə Kabo-Verde milli komandasının da baş məşqçisi kimi çalışmağa vaxt tapıb.

 

Budaqovun “Sportinq B”də rəsmi debütü avqustun ilk həftəsində gerçəkləşə bilər. Belə ki, Sequnda Liqa və ya Liqa Pro adlanan dəstədə yeni mövsümə avqustun 6-da start veriləcək. Həmin gün “zolaqlılar” “Portimonense”ni qəbil edəcək. Qarşılaşma Bakı vaxtı ilə 21:00-da başlayacaq.

0