[b]"Qarabağ"ı mübarizədən kənarlaşdırıb…" - kapitan[/b]
26.07.2016 - 00:10
[b]"Qarabağ"ı mübarizədən kənarlaşdırıb…" -  kapitan[/b]

"2 il əvvəl "Qarabağ"la yoxlama görüşündə üz-üzə gəlmişdik. Yadıma gəlir, həmin oyunda mən də iştirak etmişdim". Apasport.az saytının xəbərinə görə, bu sözləri "Viktoriya" klubunun kapitanı Roman Hubnik deyib.

 

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Plzen təmsilçisi "Qarabağ"la qarşılaşacaq. Oyundan öncə təşkil olunan mətbuat konfransında Hubnik Azərbaycan çempionu ilə 2 il əvvəlki qarşılaşmaya toxunub: "Həmin oyun yoxlama matçı idi və nəticəsi heç bir önəm daşımırdı. Ancaq indi komandalar çox dəyişib. Rəqibin son oyunlarını da analiz etmişik. Qarşımızdakı rəqibin heyəti səviyyəli futbolçulardan təşkil olunub. Ancaq biz də 2014-cü ilə nisbətən iki dəfə güclənmişik. İnanıram ki, "Qarabağ"ı mübarizədən kənarlaşdırıb, qitənin bir nömrəli yarışında yolumuza davam edəcəyik".

 

Xatırladaq ki, "Viktoriya" - "Qarabağ" matçı bu gün saat 22:15-də start götürəcək.

0